Körpələr evinə basqın edən naməlum şəxs 3-ü uşaq olmaqla, 5 nəfəri qətlə yetirib

Körpələr evinə basqın edən naməlum şəxs 3-ü uşaq olmaqla, 5 nəfəri qətlə yetirib
# 23 yanvar 2009 13:51 (UTC +04:00)
Bakı – APA. Belçikanın Dendermond şəhərində körpələr evində dəhşətli qətl hadisəsi baş verib. APA-nın “BBC News”-a istinadən verdiyi məlumata görə, adı hələlik açıqlanmayan bir nəfər körpələr evinə bıçaqla basqın edərək, 3-ü uşaq olmaqla 5 nəfəri öldürüb, 20 nəfəri isə yaralayıb. Şahidlərin sözlərinə görə, sifətini qara və ağ boyalarla rəngləyən qatil körpələr evinə soxularaq, qarşısına çıxanları bıçaqla vurmağa başlayıb. O, bir neçə nəfəri öldürdükdən və yaraladıqdan sonra hadisə yerindən qaçıb gizlənib.

Qatilin tapılması üçün havaya polis vertolyotu qaldırılıb. O, velosipedlə qaçmaq istəyərkən polis tərəfindən həbs olunub.

Hadisənin motivləri barədə hələlik məlumat verilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR