Türkiyədə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb

Türkiyədə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb
# 24 yanvar 2009 07:52 (UTC +04:00)
Türkiyə-APA. Türkiyənin Biləcik şəhərinin Bozuyük vilayətində bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Gödelek ailəsinin üzvləri kömür sobasını yandırandan sonra yatıblar. Ailə başçısı Tahsin Gödelek, onun həyat yoldaşı Fatma, 9 və 6 yaşlında olan övladları Tahsin və Zafer sobadan sızan dəm qazından zəhərlənərək ölüblər.
Gün ərzində ailədən heç bir xəbər olmadığını görən yaxınları evə daxil olanda onların öldüklərinin şahidi olublar. Polisin hadisə ilə bağlı apardığı araşdırma nəticəsində Bözuyükdə bu gün xəstəxanaya 19 nəfərin də dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olduğu müəyyən edilib.
Dünyasını dəyişən 4 nəfərin meyiti Bursa məhkəmə tibb ekspertizasına göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR