“Nabucco” sammitinə qatılacaq ABŞ nümayəndə heyətinə Metyu Brayza rəhbərlik edəcək

“Nabucco” sammitinə qatılacaq ABŞ nümayəndə heyətinə Metyu Brayza rəhbərlik edəcək
# 26 yanvar 2009 07:56 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Nabucco” layihəsi ilə bağlı sammitə qatılacaq ABŞ nümayəndə heyətinə dövlət katibinin müavininin Avropa və Avrasiya işləri üzrə köməkçisi Metyu Brayza rəhbərlik edəcək. Bunu APA-ya eksklüziv açıqlamasında M. Brayza özü deyib. O ümid etdiyini bildirib ki, görüş dövlət xadimləri və kommersiya təşkilatlarına qazın Azərbaycan və Mərkəzi Asiyadan, həmçinin mümkün olarsa İraqdan Türkiyə vasitəsilə Avropaya nəqlinin hüquqi və iqtisadi çərçivəsini hazırlamağa kömək edəcək.

Xatırladaq ki, sammit yanvarın 26-27-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR