Bu gün AŞ PA-nın qış sessiyası başlayır

Bu gün AŞ PA-nın qış sessiyası başlayır
# 26 yanvar 2009 08:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası başlayır. APA-nın məlumatına görə, yanvarın 30-na kimi davam edəcək sessiyada Gürcüstan və Rusiya arasındakı müharibənin nəticələrinə dair 1633 saylı qətnamənin icrası və münaqişənin nəticələri, Qəzza zolağındakı vəziyyət, dünya maliyyə böhranı, 1609 və 1620 saylı qətnamələrin Ermənistan tərəfindən icrası və AŞ PA Monitorinq Komitəsinin Ermənistan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi barədə təklifi müzakirə olunacaq. Komitə insanların siyasi səbəblərə görə təqsirləndirilməsi və azadlıqdan məhrum olunmasını qəbuledilməz sayır və assambleyadan xahiş edir ki, Ermənistan hakimiyyəti problemin həlli üçün siyasi iradə nümayiş etdirənədək bu ölkə nümayəndə heyətini səsvermə hüququndan məhrum etsin. Ermənistanın məsələsi sessiyanın sabahkı iclasında müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR