Zbiqneb Bjezinski: “Moskva özünü aqressiv aparsa, ABŞ raket hücumundan müdafiə proqramını tezliklə həyata keçirməyə məcbur olacaq”

Zbiqneb Bjezinski: “Moskva özünü aqressiv aparsa, ABŞ raket hücumundan müdafiə proqramını tezliklə həyata keçirməyə məcbur olacaq”
# 26 yanvar 2009 14:55 (UTC +04:00)
Vaşinqton – APA. “Polşada ABŞ raket hücumundan müdafiə sistemi elementlərinin yerləşdirilməsi daha çox Kremlin hərəkətlərindən asılıdır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Polşa radiosuna müsahibəsində ABŞ-da Cimmi Karterin prezidentliyi dövründə onun milli təhlükəsizlik üzrə müşaviri olmuş Zbiqnev Bjezinski deyib. O, Konqresin mövcud maliyyə böhranı şəraitində belə bahalı layihənin maliyyələşdirilməsi məsələsində skeptik düşündüyünü söyləyib. Politoloqun fikrincə, böyük ehtimalla kompromis yol seçiləcək və proqramın maliyyələşdirməsi ixtisar olunacaq, nəticədə onun reallaşdırılması yavaşlayacaq: “Əgər Moskva özünü əvvəllər olduğu kimi aparacaqsa, qılınc oynatmağa davam edəcəksə və hədələrlə çıxış edəcəksə, ABŞ-ı raket hücumundan müdafiə proqramını tezliklə həyata keçirməyə vadar etmiş olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR