AŞ PA Ermənistanı səsvermə hüququndan məhrum etməmək qərarına gəlib

AŞ PA Ermənistanı səsvermə hüququndan məhrum etməmək qərarına gəlib
# 27 yanvar 2009 07:35 (UTC +04:00)
Strasburq-APA. Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin qapalı keçirilən iclasında Ermənistan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməməsinə qərar verilib. APA-nın məlumatına görə, Ermənistanın AŞ PA-da nümayəndə heyətinin üzvü Armen Rustamyan jurnalistlərə bildirib ki, Monitorinq Komitəsi hakimiyyətin problemləri aradan qaldırmaq üçün siyasi irad nümayiş etdirdiyini nəzərə alaraq bu ölkəyə siyasi sanksiya tətbiq etməmək qərarına gəlib. Qeyd edək ki, AŞ PA prezidenti Luis Mariya de Puç da Ermənistanın səsvermə hüququndan məhrum edilməyəcəyini bildirmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR