Terri Devis Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin Bakı konfransını yüksək qiymətləndirib

Terri Devis Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin Bakı konfransını yüksək qiymətləndirib
# 27 yanvar 2009 11:20 (UTC +04:00)
Strasburq. Aleksandr Kin – APA. Avropa Şurasının baş katibi Terri Devis quruma üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş konfransını yüksək qiymətləndirib. APA-nın Avropa bürosunun xəbərinə görə, T. Devis Strasburqda jurnalistlərə verdiyi açıqlamada Bakı konfransının çox uğurlu alındığını deyib. O, Ermənistan mədəniyyət nazirinin konfransa gəlməməsindən təəssüfləndiyini də söyləyib: “Bu, Ermənistan nümayəndəsinin mədəniyyətlərarası dialoqa aid önəmli məqamlarla bağlı fikir bildirməsi üçün yaxşı imkan idi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR