Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək
# 27 yanvar 2009 11:45 (UTC +04:00)
Ankara – APA. Davos İqtisadi Forumu çərçivəsində Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əli Babacan İsveçrəyə yola düşərkən hava limanında jurnalistlərə açıqlamasında deyib. O, Davosda ikitərəfli görüşlər keçirəcəyini və erməni həmkarı ilə də görüşünün gözlənildiyini söyləyib. Ə. Babacan Davosda Türkiyə baş naziri ilə Ermənistan prezidentinin görüşünün nəzərdə tutulmadığını da əlavə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR