Terri Devis: “Cənubi Osetiyada münaqişədən zərər çəkmiş azyaşlı uşaqlara psixoloji yardım proqramını həyata keçirə bilmirik”

Terri Devis: “Cənubi Osetiyada münaqişədən zərər çəkmiş azyaşlı uşaqlara psixoloji yardım proqramını həyata keçirə bilmirik”
# 27 yanvar 2009 12:24 (UTC +04:00)
Strasburq. Aleksandr Kin-APA. Avropa Şurasının baş katibi Terri Devis qurumun Cənubi Osetiya ərazisində öz proqramlarını gerçəkləşdirə bilməməsindən təəssüfləndiyini bildirib. APA-nın Strasburqdakı xüsusi müxbirinin verdiyi məlumata görə, Terri Devis qeyd edib ki, Avropa Şurası gürcü-osetin münaqişə zonasında hərbi münaqişədən əziyyət çəkən uşaqlara psixoloji yardım proqramı həyata keçirmək niyyətindədir: “Lakin Cənubi Osetiya ərazisinə daxil ola bilmədiyimizə görə bu proqramı gerçəkləşdirmək mümkün olmur”. AŞ baş katibi avqustda baş verən münaqişədə həm Gürcüstan, həm də Rusiyanın eyni dərəcədə günahkar olduğunu, onların Avropa Şurasına daxil olan zaman üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiklərini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR