Bütün sərvətini Türk Təhsil Vəqfinə bağışlayan türk ordusunun zabiti intihar edib

Bütün sərvətini Türk Təhsil Vəqfinə bağışlayan türk ordusunun zabiti intihar edib
# 27 yanvar 2009 15:54 (UTC +04:00)
İstanbul – APA. Bir müddət əvvəl bütün sərvətini Türk Təhsil Vəqfinə bağışlayan Türkiyə Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki intihar edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İstanbulun Fateh rayonunda yaşayan keçmiş pilot, 79 yaşlı Şinasi Yaycı gicgahına tapançadan atəş açaraq özünü öldürüb. Əvvəlcə hadisədən heç kim xəbər tutmayıb. Bir neçə gündən sonra pis qoxu hiss edən qonşular bu barədə polisə məlumat veriblər. Evə daxil olan polislər polkovnikin cəsədi ilə qarşılaşıblar. Ş. Yaycı 1 il əvvəl İstanbulun mərkəzi hissəsində - Şişli rayonundakı evini, yenə İstanbulun Aksaray rayonunda sahibi olduğu 4 mərtəbəli binanı və nəğd pulunu Türk Eyitim (Təhsil) Vəqfinə bağışlayıb. Çox çətin şəraitdə yaşamağa başlayan Ş. Yaycı intihardan əvvəl zibillikdən topladığı quru çörək və tullantılarla qidalanırmış. Türk Eyitim Vəqfinin əmlak işləri üzrə müdiri Əli Sönməz bu cür həyat tərzini mərhumun özünün seçdiyini bildirib: “Təxminən 3 milyon lirə dəyərində mal varlığını 1 il əvvəl bizə bağışladı. Bu əmlak və maliyyə vəsaitindən istifadə hüququ onun özündə idi. Biz ona baxıcı tutmaq istədik, bunda israr etdik, amma qəbul etmədi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR