Metyu Brayza: “Prezidentlərin sabahkı görüşündən konkret nəticə gözləmirəm” - EKSKLÜZIV

Metyu Brayza: “Prezidentlərin sabahkı görüşündən konkret nəticə gözləmirəm” - <font color=red>EKSKLÜZIV  </font>
# 27 yanvar 2009 17:39 (UTC +04:00)
Cənab Sarkisyanın da münaqişənin həllinə konstruktiv yanaşdığını cənab Əliyevə bildirdim. Düzdür, Ermənistan prezidentinin bu gün hansısa güzəştlərə gedib-getməyəcəyini deyə bilmərəm. Sadəcə, onu söyləyə bilərəm ki, Sarkisyan ciddi danışıqlar aparmağa hazırdır. Şübhəsiz ki, prezident İlham Əliyevdə də bu əhval-ruhiyyəni hiss edirəm. Ən vacib olan da məhz budur”. Bu sözləri Budapeştdə APA-nın əməkdaşına eksklüziv açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza deyib. Prezidentlərin sabah İsveçrədə keçiriləcək görüşünə toxunan M. Brayza ciddi danışıqların aparılacağını, amma hələlik konkret nəticə əldə olunacağını gözləmədiyini bildirib.

Rusiyanın Ermənistana 800 milyon dollar dəyərində silah-sursat ötürməsinə münasibət bildirən həmsədr bu haqda eşitdiyini, lakin dolğun məlumata malik olmadığını vurğulayıb: “Bu məlumatın dəqiq olub-olmadığını deyə bilmərəm. Rusiya bunu inkar edir. Rusiyalı həmsədrlə də söhbət etdim və o da bunun həqiqət olmadığını söylədi. Amma onların sözlərinin doğru olub-olmadığını da iddia edə bilmərəm. Hesab edirəm ki, bu məsələ ilk növbədə Azərbaycan və Rusiya arasındadır”. Azərbaycan prezidentinin bu məsələni Davos forumunda qaldırması ehtimalını qiymətləndirən M. Brayza qərarları prezidentlərin qəbul etdiyinə diqqət çəkib: “Fikrimcə, bu məsələ ilə bağlı spekulyasiya etməyə dəyməz. Çünki indiki məqamda bu məsələdə həqiqəti tapmaq çox çətindir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR