AŞ PA Ukraynanı siyasi xarakterli cinayətlərin təhqiqatını sürətləndirməyə çağırıb

AŞ PA Ukraynanı siyasi xarakterli cinayətlərin təhqiqatını sürətləndirməyə çağırıb
# 28 yanvar 2009 08:03 (UTC +04:00)
Strasburq. Aleksandr Kin-APA. Avropa Şurası Parlament Assambleyası Ukraynada keçirdiyi monitorinq çərçivəsində jurnalist Georgi Qonqadze və digər səsli-küylü cinayətlərin təhqiqatını izləməyə qərar verib. APA-nın Strasburqdakı xüsusi müxbirinin verdiyi məlumata görə, dünən bununla bağlı qəbul olunan qətnamənin lehinə 75 deputat səs verib, 3 deputat isə bitərəf qalıb. AŞ PA Monitorinq Komitəsinin üzvü Sabina Loytxoyzer-Şnarrenberqer tərəfindən hazırlanan qətnamədə bildirilir ki, müvafiq qurumlar jurnalistlərə və digər siyasi cəhətdən aktiv şəxslərə qarşı törədilmiş cinayətləri hərtərəfli araşdırmalıdır. Qurum Georgi Qonqadzenin qətli ilə əlaqədar üç milis işçisinin mühakimə olunmasını alqışlayıb, bununla belə general Aleksey Pukaçın azadlığa buraxıldıqdan sonra yoxa çıxması, sabiq daxili işlər naziri Yuri Kravçenkonun müəmmalı ölümü ilə əlaqədar narahatlığını ifadə edib. Sənəddə Ukrayna Dövlət İşlər İdarəsinin sabiq rəhbəri Yuri Daqayevin 2003-cü ildə Avstriyada müəmmalı ölümünün, Ukrayna DİN Aparatının sabiq rəhbəri Eduard Ferenin koma vəziyyətinə düşməsinin, deputat Sergey Qolovatının köməkçisinin döyülməsini, sabiq deputat Aleksandr Elyaşkeviç və jurnalist İqor Aleksandrova qarşı törədilən cinayətlərin araşdırılmasını tələb edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR