Viktor Yuşşenko Polşa və Çexiya rəhbərlərini Avrasiya enerji dəhlizi layihəsini reallaşdırmaq üçün səylərini birləşdirməyə çağıracaq

Viktor Yuşşenko Polşa və Çexiya rəhbərlərini Avrasiya enerji dəhlizi layihəsini reallaşdırmaq üçün səylərini birləşdirməyə çağıracaq
# 28 yanvar 2009 15:57 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Varşavaya işgüzar səfərə gedən Ukrayna prezidenti Viktor Yuşşenko Ukrayna, Polşa və Çexiyanı “Odessa-Brodı” neft kəməri əsasında Avrasiya neft nəqliyyat dəhlizi layihəsini reallaşdırmaq üçün səylərini birləşdirməyə çağıracaq. APA-nın məlumatına görə, Viktor Yuşşenko Polşa prezidenti Lex Kaçinski və Avropa İttifaqına sədrlik edən Çexiyanın baş naziri Mirek Topolaneklə üçtərəfli görüş keçirəcək. Ukrayna prezidenti həmçinin bu məqsədlə fevral-mart aylarında Avropa Komissiyasının rəhbərliyi və Azərbaycan, Gürcüstan, Litva, Polşa və Ukrayna prezidentlərinin iştirakı ilə görüş keçirməyi təklif edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR