AŞ PA Gürcüstan-Rusiya münaqişəsinin nizamlanması ilə bağlı dördtərəfli komissiya yaradılmasını təklif edib

AŞ PA Gürcüstan-Rusiya münaqişəsinin nizamlanması ilə bağlı dördtərəfli komissiya yaradılmasını təklif edib
# 28 yanvar 2009 16:08 (UTC +04:00)
Strasburq. Aleksandr Kin-APA. Avropa Şurası Parlament Assambleyası Gürcüstan-Rusiya münaqişəsinin nizamlanması məqsədilə xüsusi komissiya yaradılmasını təklif edib. APA-nın Strasburqdakı xüsusi müxbirinin verdiyi məlumata görə, münaqişə üzrə həmməruzəçi Lyuk ban den Brande bu struktura Gürcüstan və Rusiya ilə yanaşı Cənubi Osetiya və Abxaziya təmsilçilərinin də daxil olmasını təklif edib. Bu gün münaqişə ilə bağlı keçirilən dinləmələrdə həmməruzəçilər Matias Yorşi və Lyuk van den Brande hər iki tərəfə iradlarını bildiriblər. Sonuncu həmçinin tərəfləri təxribatı dayandırmağa çağırıb. Həmməruzəçilər Gürcüstanın münaqişənin nizamlanması ilə bağlı AŞ PA-nın tələblərinin əksəriyyətini, Rusiyanın isə bu tələblərin yalnız bir qismini həyata keçirdiyini bildiriblər. AŞ PA-dakı Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Kosaçev qətnamə müəlliflərinin Rusiyanı Abxaziya və Cənubi Osetiyanın tanınması ilə bağlı qərarından imtinaya çağırmadığını bildirib: “İndi onlar yalnız Rusiyanın qərarı ilə razı olmadıqlarını bildirirlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR