HAMAS Türkiyənin baş nazirinə dəstək açıqlaması ilə çıxış edib

HAMAS Türkiyənin baş nazirinə dəstək açıqlaması ilə çıxış edib
# 30 yanvar 2009 10:02 (UTC +04:00)
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, HAMAS-ın sözçüsü Fevzi Berhum Davosda keçirilmiş “Qəzza: Orta Şərqdə sülh modeli” adlı paneldə baş verənlərlə bağlı yazılı açıqlama yayıb. Açıqlamada R. T. Ərdoğanın mövqeyindən və toplantını tərk etməsindən məmnuniyyət ifadə olunur: “HAMAS uşaqlarımıza və qadınlarımıza qarşı sionist hücumlarının qurbanlarını müdafiə edən Rəcəb Tayyib Ərdoğanın cəsur davranışını hörmətlə salamlayır. Salondan ayrılmasını sionistlərin həyata keçirdiyi soyqırımın qurbanlarına dəstəyin ifadəsi olaraq qiymətləndiririk”.

Qeyd edək ki, bu gün Qəzzada Türkiyə baş nazirinə dəstək mitinqinin keçirilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR