Şimon Peres: “Türkiyə ilə münasibətlərin pozulmasını istəmirik”

Şimon Peres: “Türkiyə ilə münasibətlərin pozulmasını istəmirik”
# 30 yanvar 2009 11:01 (UTC +04:00)
Tel-Əviv – APA. İsrail prezidenti Şimon Peres Türkiyə ilə münasibətlərin pozulmasını istəmədiklərini bildirib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Ş. Peres qalmaqalla nəticələnmiş Davos panelindən sonra ilk dəfə rəsmi açıqlama ilə çıxış edib. O deyib ki, baş vermiş hadisə iki ölkə əlaqələrinə təsir göstərməyəcək.

Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Davosda keçirilən “Qəzza: Orta Şərqdə sülh modeli” adlı paneli hirsli şəkildə tərk etdikdən sonra İsrail prezidenti ona telefon açaraq üzrxahlıq etmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR