“Türk Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 80 nəfərə çatıb

“Türk Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 80 nəfərə çatıb
# 26 fevral 2009 07:27 (UTC +04:00)
APA-nın məlumatına görə, Hollandiya rəsmi dairələri altı yaralının vəziyyətinin hələ də ağır olduğunu bildirirlər. Ağır xəsarət almış, lakin vəziyyəti stabil olan 25 yaralı isə həkim nəzarəti altındadır. Bununla belə qəza zamanı ölən və yaralananların sayı hələ də dəqiq məlum deyil. Hollandiya rəsmi dairələri 9 nəfərin – iki pilot, pilot köməkçisi və altı sərnişinin qəza zamanı həlak olduğunu təsdiqləyirlər.
Qeyd edək ki, İstanbul-Amsterdam reysini həyata keçirən “Boeing-737-800” təyyarəsi Amsterdam hava limanı yaxınlığında Sxipxol adlanan ərazidə yerə çırpılıb. Təyyarədə 7 heyət üzvü və 127 sərnişin olub. Hələlik qəzanın səbəblərinə dair heç bir rəsmi versiya mövcud deyil, ehtimallara görə qəza təyyarənin yanacağının bitməsi səbəbindən baş verib. Bu versiyanın həqiqətə uyğun olub-olmadığı təyyarənin “qara qutu”su oxunduqdan sonra açıqlanacaq. Artıq xilasetmə briqadaları “qara qutu”nu tapıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR