Hillari Klinton Türkiyəyə səfər edəcək

Hillari Klinton Türkiyəyə səfər edəcək
# 26 fevral 2009 13:45 (UTC +04:00)
Ankara – APA. ABŞ dövlət katibi Hillari Klinton Türkiyəyə səfər edəcək. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, diplomatik mənbələr H. Klintonun mart ayının ilk həftəsində Türkiyəyə gələcəyini bildiriblər. Səfərin ehtimal olunan tarixi 7 martdır. Səfər proqramı hələ dəqiqləşməyib.
Qeyd edək ki, H. Klinton 1999-cu ildə o vaxtkı prezident, həyat yoldaşı Bill Klintonla birlikdə Türkiyəyə gələrək zəlzələdən zərər çəkənlərlə görüşmüşdü.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR