“Türkiyə Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğramasının səbəbinə dair ilk rəsmi versiya açıqlanıb

“Türkiyə Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğramasının səbəbinə dair ilk rəsmi versiya açıqlanıb
# 27 fevral 2009 07:33 (UTC +04:00)
APA-nın məlumatına görə, qəzanın səbəblərini araşdıran komissiyanın sədri Piter van Vollenxoven qəzanın mühərrikdəki nasazlıqdan qaynaqlana biləcəyi ehtimalını irəli sürüb. Qeyd edək ki, bundan əvvəl qəzanın təyyarənin yanacağını bitməsi səbəbindən qaynaqlandığı ehtimal olunurdu. Qəzadan sağ qurtarmış sərnişinlər təyyarə enən zaman mühərrikin səsinin kəsildiyini və təyyarənin yüksəkliyi itirdiyini bildiriblər. Təyyarənin təxminən 90 metr hündürlükdən yerə çırpıldığı ehtimal olunur. Vollenxoven mühərrikin nasaz olması versiyasının ilkin ehtimal kimi irəli sürüldüyünü, bu versiyanın yalnız “qara qutu” açıldıqdan sonra təsdiqlənə biləcəyini deyib. Qeyd edək ki, 7 heyət üzvü və 127 sərnişinin olduğu təyyarənin Amsterdam hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində 9 nəfər ölüb, 80-dən çox insan yaralanıb. Həlak olanların 4-ü Türkiyə, 5-i ABŞ vətəndaşıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR