Polşada hərbi vertolyot qəzaya uğrayıb

Polşada hərbi vertolyot qəzaya uğrayıb
# 28 fevral 2009 12:03 (UTC +04:00)
Varşava – APA. Ötən gecə Polşada Mi-24 hərbi vertolyotu qəzaya uğrayıb. Hadisə nəticəsində vertolyotun ikinci pilotu həlak olub.
APA-nın Polşanın «TVN24» telekanalına istinadən verdiyi məlumata əsasən, qəza baş verən zaman radarların əhatə dairəsindən itən vertolyotun göyərtəsində üç nəfər olub. Lakin sonradan ekipajın təxirə salınmadan eniş etmək məcburiyyətində qaldığı müəyyənləşib. Dərhal hadisə yerinə xilasedicilər və hərbçilər göndərilib.
Axtarış əməliyyatı zamanı tapılan vertolyotun birinci pilotu və texniki xəsarət alıb. Vertolyotun qəzasının səbəbləri hələ müəyyənləşdirilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR