Türkiyə Milliyyətçi Hərəkat Partiyası ilk dəfə olaraq seçkilərdə bir ermənini namizəd göstərib
03 mart 2009 08:28 (UTC +04:00)
İstanbul – APA. Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) ilk dəfə olaraq seçkilərdə bir ermənini namizəd göstərib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, MHP Haço Keleş adlı ölkə vətəndaşını İstanbulun Bakırköy rayon bələdiyyəsinin üzvlüyünə namizəd irəli sürüb. H. Keleş özlərini milli azlıqdan daha çox Türkiyə vətəndaşı kimi gördüklərini deyib: “MHP-dən təklif gəldikdə bunu icmamızı ifadə etməyin yolu və mədəniyyətlərarası dialoqda rol oynamaq baxımından müsbət bir addım olaraq qiymətləndirərək qəbul etdim”. MHP-nin Bakırköy bələdiyyəsinin sədrliyinə namizədi Əsra Bicik isə partiyasının milli azlıqlarla bağlı mövqeyinin hər kəsə aydın olduğunu bildirib: “Dilindən, dinindən, irqindən asılı olmayaraq Türkiyədə yaşayan hər kəs bərabər hüquqlara malikdir. Artıq acılarımızı deyil, sevinclərimizi bölüşəcəyimiz bir Türkiyə yaratmaq üçün birlikdə hərəkət etməliyik”.
Xatırladaq ki, bələdiyyə seçkiləri martın 29-da keçiriləcək.
Xatırladaq ki, bələdiyyə seçkiləri martın 29-da keçiriləcək.
Avropa
Borrell: "Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi planını hazırlanıb"
03:54
24 aprel 2024
İsveçrə XİN başçısı: "Ukraynadakı münaqişənin həlli üçün Rusiyanın dialoqda iştirakı zəruridir"
03:23
24 aprel 2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
00:17
24 aprel 2024
Estoniya XİN İranın müvəqqəti işlər vəkilini nazirliyə çağırıb
23:44
23 aprel 2024