NATO Rusiya ilə əlaqələri tam şəkildə bərpa etmək barədə qərar qəbul edib

NATO Rusiya ilə əlaqələri tam şəkildə bərpa etmək barədə qərar qəbul edib
# 04 mart 2009 13:12 (UTC +04:00)
Brüssel-APA. NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüssel toplantısında Rusiya ilə münasibətlərin yüksək səviyyədə bərpasına dair qərar qəbul olunub. APA-nın məlumatına görə, bu qərar rəsmi qaydada bu gün elan olunacaq. Qeyd edək ki, avqust hadisələrindən sonra NATO Rusiya ilə əməkdaşlığı dondurmaq barədə qərar qəbul etmişdi. Alyans öz qərarını Rusiyanın Gürcüstana hərbi təcavüzü ilə əsaslandırmışdı. Brüssel toplantısında həmçinin Rusiya-NATO Şurasının fəaliyyətinin bərpası da təklif olunub. Bundan əvvəl Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Norveç və İspaniya bəyan etmişdilər ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar əks-səmərə verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR