Lex Kaçinski: “Ukraynadakı vəziyyətlə əlaqədar Odessa-Brodı kəmərinin tikintisi bir müddət təxirə salınmalıdır”

Lex Kaçinski: “Ukraynadakı vəziyyətlə əlaqədar Odessa-Brodı kəmərinin tikintisi bir müddət təxirə salınmalıdır”
# 04 mart 2009 15:48 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Polşa prezidenti Lex Kaçinski Ukraynada yaranmış gərgin siyasi-iqtisadi durumla əlaqədar Odessa-Brodı kəmərinin tikintisini təxirə salmağı təklif edib. APA-nın məlumatına görə, prezident hələlik irimiqyaslı layihələri təxirə salmağın vacib olduğunu vurğulayıb: “Amma ümidvaram ki, Polşanın Gürcüstan və Azərbaycanla bağlı əməkdaşlıq planlarını reallaşdıra biləcəyik”. Qeyd edək ki, Lex Kaçinski Odessa-Brodı kəmərinin tikintisinin əsas tərəfdarlartından biridir. Bakıda keçirilən enerji sammitində Bakı-Odessa-Brodı-Plotsk neft nəqliyyat dəhlizinin iqtisadi əsaslandırılması təsdiqlənib. Bu layihənin ilk mərhələsinin gerçəkləşməsi üçün 1 milyard dollar tələb olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR