Türkiyədə tanınmış müxalifətçi jurnalist həbs olunub

Türkiyədə tanınmış müxalifətçi jurnalist həbs olunub
# 06 mart 2009 09:22 (UTC +04:00)
İstanbul – APA. Türkiyənin tanınmış jurnalisti, müxalifyönlü “Cumhuriyet” qəzetinin Ankara təmsilçisi Mustafa Balbay həbs olunub. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, “Ergenekon” işi ilə bağlı istintaqa ifadə vermək üçün polis vasitəsilə Ankaradan İstanbula aparılan jurnalist haqqında həbs qətimkan tədbiri seçilib. Onunla birlikdə “Toplumsal haber” adlı internet saytının sahibi Nəriman Aydın adlı qadın da həbs edilib.

Xatırladaq ki, M. Balbay 8 ay əvvəl də eyni cinayət işi çərçivəsində saxlanılmış, bir müddət sonra sərbəst buraxılmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR