Rusiyalı generalın ermənilərin türklərə qarşı soyqırımı törətdiyini etiraf edən hesabatı kitab şəklində nəşr olunub

Rusiyalı generalın ermənilərin türklərə qarşı soyqırımı törətdiyini etiraf edən hesabatı kitab şəklində nəşr olunub
# 10 mart 2009 11:24 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə-APA. “Doğan” nəşriyyatı İstanbul Universitetinin tarix fakültəsinin müəllimi Mehmet Perincəkin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının arxivindən əldə etdiyi hesabatı kitab şəklində nəşr etdirib. APA-nın Türkiyə bürosunun məlumatına görə, Rusiya ordusunun Qafqazda Osmanlı qoşunlarına qarşı döyüşən önəmli komandanlarından olan L. M. Bolxovotinovun “erməni məsələsi” ilə bağlı hesabatı ilk dəfə 1915-ci ildə “Erməni hesabatı” adın altında türk dilində nəşr olunub. Hesabatı türk dilinə tərcümə edən Mehmet Perincək APA-nın Türkiyə bürosuna bildirib ki, bu, son dərəcə mühüm sənəddir: “Çünki general Bolxovotinov Baş Qərargaha göndərdiyi hesabatda Anadoluda ermənilərin Osmanlı dövlətinə qarşı üsyan etdiklərini və türk əhalini qətlə yetirdiklərini sənədlərlə ortaya qoyub. Təsəvvür edin ki, cəbhədə türklərə qarşı döyüşən və ermənilərə gizli dəstək verən bir ordunun generalı bildirir ki, Anadoluda ermənilər türklərə qarşı soyqırımı həyata keçiriblər. Bu sənəd Türkiyənin böhtanlara qarşı mübarizəsində nə dərəcədə haqlı olduğunu ortaya qoymaqdadır. Biz ilk dəfə bu kitabda çoxlu sayda tarixi fotolardan istifadə etmişik. O fotolarda erməni quldurların türklərə qarşı soyqırımı törətməsi öz əksini tapıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR