Nikola Sarkozi Fransanın yenidən NATO-nun hərbi qanadına üzv olacağını bəyan edib

Nikola Sarkozi Fransanın yenidən NATO-nun hərbi qanadına üzv olacağını bəyan edib
# 12 mart 2009 08:51 (UTC +04:00)
Paris-APA. Fransa prezidenti Nikola Sarkozi ölkənin 40 il fasilədən sonra yenidən NATO sıralarına qoşulacağını bəyan edib. APA-nın məlumatına görə, Nikola Sarkozi bu məsələyə son qoymağın vaxtı çatdığını bildirib: “NATO sıralarına qayıtmağımız Fransanın və bütün Avropanın marağında olan məsələdir. Bu addım ölkənin müstəqilliyi ilə təzad təşkil eləmir. Bizim Silahlı Qüvvələrimiz olduğu kimi qalacaq, onlar Fransanın məsuliyyət daşımadığı hər hansı başqa hərbi quruma inteqrasiya oluna bilməzlər”. Sarkozi hərbi alyansın əleyhdarlarına NATO Şurasında qərarların yekdilliklə qəbul olunduğunu xatırladıb: “Buna misal olaraq NATO-nun Buxarest sammitində Ukrayna və Gürcüstanın quruma qəbulu ilə bağlı səsverməni göstərə bilərəm. Hər iki ölkə hərbi alyansa üzvlüklə bağlı Vaşinqtonun dəstəyini qazansa da, Fransa və Almaniyanın buna qarşı çıxması qərarın qəbuluna imkan vermədi”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR