Barak Obama Türkiyə parlamentində çıxış edəcək

Barak Obama Türkiyə parlamentində çıxış edəcək
# 13 mart 2009 14:04 (UTC +04:00)
Ankara – APA. ABŞ prezidenti Barak Obama Türkiyə səfəri zamanı bu ölkə parlamentində çıxış edəcək. APA-nın “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, B. Obama aprelin 6-da Türkiyə Böyük Millət Məclisinin xüsusi toplantısında nitq söyləyəcək. O, çıxışında İraq, İran və Qafqaz mövzularına toxunacaq, Türkiyə-ABŞ strateji ortaqlığının əhəmiyyətini vurğulayacaq. Səfər iki gün davam edəcək və B. Obama aprelin 7-də Ankaradan İstanbula gedəcək.

Qeyd edək ki, daha öncə yalnız bir ABŞ prezidentinə Türkiyə Böyük Millət Məclisində çıxış etmək nəsib olub. Bill Klinton 1999-cu il noyabrın 15-də Türkiyə parlamentində çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR