Yunanıstan ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi sammitini keçirməyi təklif edib

Yunanıstan ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi sammitini keçirməyi təklif edib
# 17 mart 2009 13:56 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. ATƏT-ə sədrlik edən Yunanıstan Avropanın təhlükəsizliyi məsələsini müzakirə etmək üçün yayda xarici işlər nazirlərin qeyri-rəsmi görüşünü keçirməyə hazırdır. APA-nın məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis bildirib ki, təhlükəsizlik məsələləri ilə bağlı geniş dialoq aparılması vacibdir: “Bu cür dialoq ATƏT çərçivəsində aparılıb. Yunanıstan bu dialoqun davam etdirilməsi üçün yayda nazirlərin qeyri-rəsmi görüşünü təşkil eləməyə hazırdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR