Diyarbəkirdəki hərbi hissədə partlayış olub

Diyarbəkirdəki hərbi hissədə partlayış olub
# 17 mart 2009 15:37 (UTC +04:00)
Diyarbəkir – APA. Türkiyənin Diyarbəkir bölgəsinin Silvan qəsəbəsi ərazisindəki hərbi hissədə partlayış baş verib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Jandarma Qüvvələrinin təlim alayında raketin partlaması nəticəsində biri kapitan rütbəli olan 4 hərbçi yaralanıb. Yaralılar Diyarbəkirdəki hərbi hospitala çatdırılıb. Hadisə ilə bağlı təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR