Almaniyada ev sahibi ailə üzvlərini güllələyib və sonra intihar edib

Almaniyada ev sahibi ailə üzvlərini güllələyib və sonra intihar edib
# 19 mart 2009 08:43 (UTC +04:00)
Berlin-APA. Almaniyanın Xildeshaym şəhərində daha bir qanlı faciə baş verib. APA-nın məlumatına görə, ailə başçısı irikalibrli tapançadan açdığı atəşlə arvadını, 8 yaşlı oğlunu öldürüb, ilk həyat yoldaşından olan iki oğlunu və həmin vaxt evdə olan dostunu ağır yaralayıb. Daha sonra o baş nahiyəsinə atəş açaraq intihar edib. Qatil yalnız 6 yaşlı qızına atəş açmayıb. Hadisə axşam yeməyi zamanı masa arxasında baş verib. İnsidentin səbəbi məlum deyil. Yaralılar vertolyotlarla təcili olaraq xəstəxanaya çatdırılıb, hazırda həkimlər 3 yaralının həyatını xilas etməyə çalışırlar. Qeyd edək ki, bu, son on gündə Almaniyada baş verən ikinci analoji qətl hadisəsidir. Bir müddət əvvəl Ştutqartda 17 yaşlı oğlan atasının tapançası ilə 15 nəfəri qətlə yetirib, daha sonra intihar etmişdi.

Avropada geniş mağazalar zəncirinə sahib olan Almaniyanın “Kaufxof” şirkəti öz mağazalarında zorakılıq səhnələri olan film və kompüter oyunlarının satmaqdan könüllü surətdə imtina edib. Şirkəti bu addımı atmağa vadar edən Ştutqartda baş verən qanlı faciə də səbəb olub. Təhqiqat zamanı məlum olub ki, qətli törədən Tim Kreçmer uzun illər kompüterdə qanlı döyüşlərdən bəhs edən oyunların pərəstişkarı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR