Qızını 24 il zirzəmidə saxlayan avstriyalı manyak ömürlük azadlıqdan məhrum edilib

Qızını 24 il zirzəmidə saxlayan avstriyalı manyak ömürlük azadlıqdan məhrum edilib
# 19 mart 2009 15:41 (UTC +04:00)
Vyana-APA. Avstriya məhkəməsi 24 il öz qızını zirzəmidə saxlayaraq zorlayan manyak Yozef Fritslə hökm oxuyub. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Yozef Fritsl ömürlük azadlıqdan məhrum edilib. Məhkəmə andlıları manyakı ona qarşı irəli sürülən bütün ittihamlar üzrə günahkar hesab ediblər. Yozef Fritsl zorlama, övladı ilə cinsi əlaqədə olmaqda, insanı qanunsuz olaraq azadlıqdan məhrum etməkdə, kölə saxlamaqda, zorakı davranışda və ehtiyatsızlıqdan qətl törətməkdə ittiham olunur. Məhkəmənin digər hökmü ilə məhkum psixi baxımdan xəstə olan məhkumlar üçün müəssisəyə göndəriləcək. Qeyd edək ki, manyakın məhkəməsi 4 gün çəkib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR