Litvada nazir və deputatların maaşları azaldılır

Litvada nazir və deputatların maaşları azaldılır
# 24 mart 2009 09:28 (UTC +04:00)
Vilnüs – APA. Litva hökuməti dövlət müəssisə və təşkilatlarının rəhbərləri və baş maliyyəçilərinin əmək haqlarını 25% azaltmaq qərarına gəlib. APA-nın məlumatına görə, hökumətin qəbul etdiyi qərara əsasən, əmək haqları yalnız 100% dövlətə məxsus olan müəssisələrdə azaldılacaq.
Bununla da hökumət dövlət büdcəsinin xərclərini yaxın aylarda 1,1 mlrd. dollar azaltmaq fikrindədir. Həmçinin, digər büdcə təşkilatlarında əmək haqlarının 10%, nazir və deputatların maaşlarının isə 20% azaldılması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR