«Amnesty International» rəsmi Minski ölüm hökmünü ləğv etməyə çağırır

«Amnesty International» rəsmi Minski ölüm hökmünü ləğv etməyə çağırır
# 24 mart 2009 11:29 (UTC +04:00)
Minsk – APA. «Amnesty International» beynəlxalq təşkilatı Belarusun dövlət rəhbərliyini ölüm hökmünə moratorium tətbiq etməyə, sonradan isə ölüm hökmünü ümumiyyətlə ləğv etməyə çağırıb. APA-nın məlumatına görə, təşkilatın açıqladığı bu bəyanat qurumun rəsmi veb-saytında yerləşdirilib.
«Amnesty International» rəsmiləri qeyd edirlər ki, Belarus keçmiş SSRİ və Avropa məkanında ölüm hökmünü qüvvədə saxlayan yeganə dövlətdir. Belə ki, 1991-ci ildən etibarən Belarusda təxminən 400 nəfər, o cümlədən 2008-ci ildə 4 nəfər ölüm hökmünə məhkum olunub və həmin qərarlar artıq icra olunub.
Hüquq müdafiəçiləri bildirirlər ki, edam olunan şəxsin cənazəsi yaxınlarına verilmir, onun dəfn olunduğu yer isə sirr kimi saxlanılır.
Ümumilikdə isə, ötən il dünyada 2 390 nəfər edam olunub və bunun 1 718 nəfəri (72%) Çində edam edilib. Əvvəlki il ilə müqayisədə edam olunanların sayı 2008-ci ildə təxminən 2 dəfə artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR