Edvard Nalbandyan: “Türkiyə şərt irəli sürməyə davam etsə, ölkələrimiz arasında dialoqa son qoyulacaq”

Edvard Nalbandyan: “Türkiyə şərt irəli sürməyə davam etsə, ölkələrimiz arasında dialoqa son qoyulacaq”
# 07 aprel 2009 15:12 (UTC +04:00)
İrəvan – APA. “Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması üçün şərtlər irəli sürməyə davam edəcəksə, ölkələrimiz arasındakı dialoqa son qoyulacaq”. APA-nın “Panarmenian”a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. O, Ermənistanın bu məsələdə mövqeyinin dəyişməz olduğunu vurğulayıb: “Türkiyə-Ermənistan münasibətləri şərtsiz normallaşdırıla bilər. Biz yalnız bu halda Türkiyə ilə dialoqu davam etdirməyə hazırıq. Türkiyə sərhədlərin açılması üçün şərtlər irəli sürməyə davam edəcəksə, biz bunu dialoqun sonu kimi qiymətləndirəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR