AKP-nin deputatı PKK-nı təbliğ etməkdə ittiham olunur

AKP-nin deputatı PKK-nı təbliğ etməkdə ittiham olunur
# 08 aprel 2009 12:28 (UTC +04:00)
Diyarbəkir – APA. Türkiyənin Diyarbəkir şəhər Prokurorluğu hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İhsan Arslan haqqında təhqiqata başlayıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Diyarbəkirdən millət vəkili seçilmiş İ. Arslan PKK terror təşkilatının təbliğatını aparmaqda ittiham edilir. İ. Arslan 29 mart seçkiləri ərəfəsində Diyarbəkirdəki telekanalların birində çıxış edərkən deyib: “Kürd problemini həll etmək istəyən heç kim DTP-ni, PKK-nı və Abdulla Öcalanı nəzərə almaya, yox saya bilməz”. Bu sözlərdə “Terrorla mübarizə” haqqında qanunda nəzərdə tutulan cinayət tərkibi təsbit edən prokurorluq İ. Arslanın toxunulmazlığının ləğvi barədə dosye hazırlayaraq Böyük Millət Məclisinə göndərəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR