Türkiyə siyasi partiyalarından birinin lideri istefa verib

Türkiyə siyasi partiyalarından birinin lideri istefa verib
# 08 aprel 2009 14:12 (UTC +04:00)
Ankara – APA. Türkiyə Demokratik Sol Partiyasının (DSP) lideri Zəki Sezər vəzifəsindən istefa verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün mətbuat konfransı keçirən Z. Sezər bələdiyyə seçkilərinin keçirildiyi 29 mart gecəsi istefaya getmək qərarına gəldiyini və bunu yaxın ətrafına söylədiyini bildirib. O, partiyanın rəhbər orqanlarının bu həftənin sonunda keçiriləcək toplantısında yekun hesabatla çıxış edəcəyini deyib: “Mən ayrılıram. Təşkilatımıza, bütün demokratik solçulara və xalqımıza təşəkkür edirəm”.
Qeyd edək ki, mərhum Bülənt Ecevit tərəfindən qurulan DSP martın 29-da keçirilən bələdiyyə seçkilərində ölkə üzrə 2,8% səs toplayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR