MHP: Yeni həbs dalğasında məqsəd diqqəti Ermənistanla sərhədin açılmasından yayındırmaqdır

MHP: Yeni həbs dalğasında məqsəd diqqəti Ermənistanla sərhədin açılmasından yayındırmaqdır
# 13 aprel 2009 11:25 (UTC +04:00)
APA-nın ANKA agentliyinə istinadən verdiyi məlumata görə, MHP parlament fraksiyasının həmsədri Mehmet Şandır məhkəmə-hüquq sisteminin müstəqilliyinə hörmət etdiklərini, ancaq bu həbs dalğalarının insanları çaş-baş saldığını deyib. Həbs olunan şəxslərdən Ankaradakı Başkənd (paytaxt) Universitetinin rektoru və “Kanal B” televiziyasının sahibi, professor Mehmet Haberalın günahsız olduğuna inandıqlarını söyləyən M. Şandır baş verənləri narahatlıqla izlədiklərini bildirib: “Sanki milləti ələ salırlar. Hörmətli Haberalın demokratiyaya, cümhuriyyətə qarşı hər hansı əməl törədə biləcəyinə inanmıram. Haberal millətə xidmət göstərən bir şəxsiyyətdir. Onun uğurlarının qiymətləndirilməsi yerinə bu cür olayın baş verməsi bizdə narahatlıq yaradır”.

Ölkə gündəmində çox ciddi məsələlər olduğuna diqqət çəkən M. Şandır hökuməti gündəmi dəyişdirmək cəhdində ittiham edib: “Maraqlıdır ki, hökumət nə zaman çətin vəziyyətə düşürsə, gündəmi dəyişdirmək üçün həbs dalğasına başlayır. Hazırda gündəmdə Azərbaycan məsələsi, Türkiyə üçün tarixi xəta olacaq Ermənistanla sərhəd qapısının açılması məsələsi var. AKP hökumətinin bağlı qapılar arxasında verdiyi sözlər və atdığı addımlar cəmiyyətdə müzakirə olunarkən yeni bir həbs dalğasının başlamasını təsadüf kimi qiymətləndirmək mümkün deyil”. M. Şandır bu yolun Türkiyəyə və türk millətinə xeyir gətirməyəcəyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR