Canan Arıtman: “Hökumət Ermənistanla sərhədin açılması cəhdi ilə bağlı xalqın qəzəbindən yayınmağa və diqqəti başqa yerə çəkməyə çalışır”

Canan Arıtman: “Hökumət Ermənistanla sərhədin açılması cəhdi ilə bağlı xalqın qəzəbindən yayınmağa və diqqəti başqa yerə çəkməyə çalışır”
# 13 aprel 2009 15:19 (UTC +04:00)
Ankara – APA. ““Ergenekon” sərsəmləməsi Atatürkçü, müasir düşüncəli vətənsevər insanları, cümhuriyyət mitinqlərinin təşkilatçılarını və AKP müxaliflərini cəzalandırmaq üçün bir alətə çevrilib. Son dalğada həbs olunanların ömrü ölkəsinə, millətinə xidmət etməklə keçib. Bu insanların çevriliş hazırlığı içində olduğu iddiasına uşaqlar da inanmaz. Tamamilə dünyəvi demokratik respublikadan intiqam almaq məqsədi güdən bu siyasi istintaqın bundan sonrakı hədəfi yəqin ki, Atatürkün mavzoleyi olacaq”. APA-nın ANKA agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözlər Cümhuriyyət Xalq Partiyasının İzmir millət vəkili Canan Arıtmanın ölkədəki növbəti həbs dalğası ilə bağlı verdiyi bəyanatda əksini tapıb. C. Arıtman bəyan edib ki, mövcud hökumət türk xalqının Ermənistanla sərhədin açılması təşəbbüsünə qarşı ciddi etirazlarını, qəzəbini pərdələmək və diqqəti başqa istiqamətə yönəltməyə çalışır: “Demokratik və dünyəvi dövlətimizi itirmək istəmiriksə, millət olaraq etirazlarımızı hamının görəcəyi və eşidəcəyi şəkildə bildirməliyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR