Məşhur fransız yazıçısı Moris Drüon vəfat edib - FOTO

Məşhur fransız yazıçısı Moris Drüon vəfat edib - <font color=red>FOTO</font>
# 15 aprel 2009 10:24 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Məşhur fransız yazıçısı Moris Drüon 91 yaşında vəfat edib. APA-nın xəbərinə görə, “Lənətlənmiş krallar” və digər tarixi romanların müəllifi olan M. Drüon keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda çox sevilirdi. Ötən əsrin 70-80-ci illərində onun romanlarını almağa imkan verən talonu əldə etmək üçün sovet oxucuları dövlətə 20 kq makulatura təhvil verirdilər. Rusiyanın Orenburq şəhərində dünyaya gəlmiş və 1908-ci ildə Fransaya köç etmiş aktyor Lazar Kesselin oğlu olan M. Drüon 1973-74-cü ildə Fransanın mədəniyyət naziri vəzifəsində çalışıb. Yazıçı öz atalığının soyadını qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR