İran Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında status alıb

İran Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında status alıb
# 16 aprel 2009 14:48 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İran Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sektoral dialoq üzrə tərəfdaş statusu alıb. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu təşkilatın baş katibi Leonidas Xrizantopulos İrəvanda keçirilən mətbuat konfransında deyib. O bildirib ki, indiyə qədər İran sanki regionda yox idi: “İndi isə biz bu ölkə ilə enerji və nəqliyyat sahələrində əməkdaşlığa ümid edirik”. Baş katibin sözlərinə görə, beynəlxalq münasibətlərin hazırkı mərhələsində bu qərar önəmli addımdır: “Bu, QDİƏT-in beynəlxalq məsələlərə proqressiv yanaşdığını nümayiş etdirir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR