“Ergenekon”la bağlı 12-ci həbs dalğasında həbs olunan 39 nəfərdən 31-i buraxılıb

“Ergenekon”la bağlı 12-ci həbs dalğasında həbs olunan 39 nəfərdən 31-i buraxılıb
# 17 aprel 2009 08:14 (UTC +04:00)
İstanbul – APA. “Ergenekon”la bağlı 12-ci həbs dalğasında həbs olunanların böyük əksəriyyəti sərbəst buraxılıb. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, aprelin 13-də polisin Ankara, İstanbul, Trabzon, Antalya, Mersin, Adana, İzmir, Bursa, Samsun, Giresun, Diyarbəkir, Şanlıurfa, Van və Qars şəhərlərində keçirdiyi əməliyyat zamanı həbs olunan 39 nəfərdən 31-i ilkin dindirmədən sonra azad edilib. Başkənd Universitetinin sahibi və rektoru, Türkiyənin dünya şöhrətli alimlərindən biri olan professor Mehmet Haberal, Bursa Uludağ Universitetinin sabiq rektoru, professor Mustafa Yurdquran, Samsun 19 May Universitetinin keçmiş rektoru, professor Fərid Bernay, Malatya İnönü Universitetinin sabiq rektoru, professor Fateh Hilmioğlu, “Cumhuriyet” qəzetinin yazarı, professor Erol Manisalı və daha 3 nəfər haqqında isə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “Ergenekon”la bağlı ilyarım ərzində aparılan 11 həbs dalğasında yüzlərlə insan həbs edilib. Sonradan onların bir qismi haqqında həbs-qətimkan tədbiri dəyişdirilib. Bu günə qədər “Ergenekon” işi üzrə 2 ittihamnamə hazırlanıb. 1-ci ittihamnamə üzrə məhkəmə prosesi davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR