Amsterdamda təyyarə qəzasında həlak olanların valideynləri “Türk Hava Yolları” və “Boeing” şirkətlərini məhkəməyə verib

Amsterdamda təyyarə qəzasında həlak olanların valideynləri “Türk Hava Yolları” və “Boeing” şirkətlərini məhkəməyə verib
# 18 aprel 2009 08:40 (UTC +04:00)
Amsterdam-APA. “Türkiyə Hava Yolları” şirkətinə məxsus “Boeing-737-800” təyyarəsinin Amsterdam yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların valideynləri “Boeing” şirkəti və “THY” əleyhinə məhkəmə iddiası qaldırıblar. APA-nın “AFP” agentliyinə istinadən yaydığı məlumata görə, məhkəmə iddiası “Boeing” şirkətinin mənzil-qərargahının yerləşdiyi Çikaqoda şəhər məhkəməsinə təqdim olunub. İddiaçıların hüquqlarını müdafiə edən “Ribbeck Law Chartered” hüquq firması bəyan edib ki, insidentin günahkarlarının məsuliyyətə cəlb olunması üçün əllərindən əgləni edəcəklər. Qeyd edək ki, təyyarənin qəzaya uğramasını araşdıran təhqiqat komissiyası insidentin hündürlüyü təyin edən altimetr cihazının nasaz olmasından baş verdiyi qənaətinə gəlib. Qəzadan əvvəl iki dəfə altimetr cihazının nasaz olduğu aşkarlanıb. Qeyd edək ki, İstanbul-Amsterdam reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər, o cümlədən 3 pilot həlak olub. Ümumilikdə təyyarənin göyərtəsində 135 sərnişin və şəxsi heyət üzvü olub. Qəzadan sonra “Türk Hava Yolları” şirkəti sərnişinlərə kompensasiya ödəyəcəyini bəyan edib. Şirkətin qərarına əsasən qəzada həlak olanların ailələrinə 50 min avro, yaralananlara 5-10 min avro, digər sərnişinlərə isə 5 min avro kompensasiya ödənəcək. Bundan başqa yaralıların müalicə xərclərini də şirkət öz üzərinə götürüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR