Mahmud Əhmədinejatın BMT-nin tədbirindəki çıxışı qalmaqala səbəb olub

Mahmud Əhmədinejatın BMT-nin tədbirindəki çıxışı qalmaqala səbəb olub
# 21 aprel 2009 08:41 (UTC +04:00)
Cenevrə - APA. BMT-nin dünyada irqçiliklə mübarizə mövzusunda İsveçrənin Cenevrə şəhərində keçirdiyi konfransda qalmaqal baş verib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, İran prezidenti Mahmud Əhmədinejatın çıxışı zamanı zalda gərginlik yaranıb. M. Əhmədinejat İsraili “vəhşi və ən irqçi rejim” adlandırdıqdan sonra kloun geyimində bir nəfər ayağa qalxaraq “irqçi, irqçi” deyə qışqırıb və klounların burunlarına taxdıqları qırmızı topu ona doğru atıb. Bəzi Avropa ölkələrinin nümayəndə heyətləri isə zal tərk ediblər. İran prezidentindən sonra kürsüyə çıxan Norveçin xarici işlər naziri Jonas Kahr Store M. Əhmədinejatın sözlərinin konfransın ruhuna zidd olduğunu bildirib. Daha sonra təxminən 100 yəhudi M. Əhmədinejatın mətbuat konfransı keçirməsini əngəlləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR