İğdırın bələdiyyə sədri Türkiyə bayrağını endirərək yerinə PKK bayrağı və Abdulla Öcalanın portretini asıb

İğdırın bələdiyyə sədri Türkiyə bayrağını endirərək yerinə PKK bayrağı və Abdulla Öcalanın portretini asıb
# 21 aprel 2009 09:03 (UTC +04:00)
İğdır – APA. Türkiyənin İğdır şəhər bələdiyyəsinin yeni seçilmiş sədri, etnik kürdlərdən ibarət Demokratik Toplum Partiyasının (DTP) üzvü Mehmet Nuri Günəş 1996-cı ildə partiyasının Ankarada keçirilən qurultayında salondakı Türkiyə bayrağını endirərək yerinə PKK bayrağı və terror təşkilatının lideri Abdulla Öcalanın portretini asıb. Bu əməlinə görə o, 4 il 6 ay həbs cəzasına məhkum edilib. APA-nın xəbərinə görə, bu məlumatı “Hürriyet” qəzetinə İğdırın sabiq bələdiyyə başçısı Nurəddin Aras verib. O, M. N. Günəşin terror təşkilatı qurmaq, terror təşkilatına adam cəlb etmək, terrorçulara yardım və bir çox digər cinayətlərə görə dəfələrlə cəza aldığını söyləyib: “Bu iddiaları sənəd-sübut əsasında deyirəm. Dövlət belə bir adamın bələdiyyə sədri olmasına necə icazə verib, anlamıram. Bu məsələ ilə bağlı lazımi yerlərə müraciət edəcəyik”.

Xatırladaq ki, martın 29-da İğdırda keçirilən bələdiyyə sədri seçkisində yerli azərbaycanlıların səsləri parçalandığı üçün DTP-nin namizədi 39% səslə qalib gəlib. Keçmiş bələdiyyə sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, azərbaycanlı Nurəddin Aras 30%, Milliyyətçi Hərəkat Partiyasının (MHP) namizədi, azərbaycanlı Əli Əkbər Yaşıl isə 27% səs alıblar. AKP və MHP İğdırda seçkinin nəticələrinin ləğvini tələb edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR