Dəniz Baykal: “Tarixdə olduğu kimi, “Ergenekon” yenə Türkiyənin çıxış qapısı olacaq”

Dəniz Baykal: “Tarixdə olduğu kimi, “Ergenekon” yenə Türkiyənin çıxış qapısı olacaq”
# 21 aprel 2009 14:24 (UTC +04:00)
Ankara – APA. “”Ergenekon” məsələsi Türkiyəni dustaq etmək üçün planlaşdırılıb. Amma inşallah, tarixdə olduğu kimi, Türkiyənin çıxış qapısı olacaq”. APA-nın xəbərinə görə, bu sözləri Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal partiyasının parlament qrupunun toplantısındakı çıxışında deyib. “Ergenekon”u siyasi proses adlandıran D. Baykal hazırlanan ittihamnamənin hüquqi əsasının olmadığını, həbslərin beynəlxalq standartlara uyğun həyata keçirilmədiyini və intiqam hissi ilə hərəkət edildiyini söyləyib: “Sonu olmayan, teleserial kimi ittihamnamə ola bilərmi? Mühakimə məhkəmədə olmalıdır, amma ictimaiyyət önündə aparılır. Bu qədər yanlışdan doğru bir şey çıxmaz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR