Dövlət Bağçalı özünə villa tikdirib - FOTO

Dövlət Bağçalı özünə villa tikdirib - <font color=red>FOTO</font>
# 27 aprel 2009 09:37 (UTC +04:00)
Ankara – APA. Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı paytaxt Ankarada özünə yeni ev tikdirib. APA-nın “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, hazırda Ankaranın Tandoğan səmtində bina evində yaşayan D. Bağçalı paytaxtın bahalı yerlərindən biri olan Çayyolunda Səlcuq memarlığı üslubunda villa tipli ev inşa etdirib. Evin üzərinə ərəb hərfləri ilə “Quran”ın “Əl-i İmran” və “Tövbə” surələrində yer alan “Mülk Allahındır” sözləri yazılıb. D. Bağçalı bacısı Sərpil xanımla birlikdə yaşayacağı evdən ofis kimi də istifadə edəcək. Xatırladaq ki, MHP lideri ailəli deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR