Almaniya İrana hərbi müdaxilənin əleyhinədir

Almaniya İrana hərbi müdaxilənin əleyhinədir
# 14 noyabr 2011 11:08 (UTC +04:00)
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, G. Vestervelle Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıqdan imtina etməyə davam edərsə, sözsüz ki, ona qarşı daha sərt sanksiyalar tətbiq olunacaq: “Biz hərbi müdaxilənin mümkünlüyü barədə müzakirələrdə iştirak etmirik, bu cür müzakirələri məhsuldar saymırıq və rədd edirik”.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq isə ölkəsinin İrandakı nüvə probleminin həlli üçün hərbi yol da daxil olmaqla bütün variantları nəzərdən keçirdiyini bildirib.

Fransanın xarici işlər naziri Alen Jüpe də alman həmkarı kimi sanksiyaların ağırlaşdırılmasına tərəfdar çıxıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR