Avropa Birliyi: Bundan sonra yalnız müxalifətdə olan Suriya Milli Şurası ilə danışıqlar aparacağıq

Avropa Birliyi: Bundan sonra yalnız müxalifətdə olan Suriya Milli Şurası ilə danışıqlar aparacağıq
# 14 noyabr 2011 16:46 (UTC +04:00)
Bakı-APA. Avropa Birliyi Suriyaya və prezident Bəşər Əsədin komandasına qarşı sanksiyaları sərtləşdirmək barədə qərar qəbul edib. APA-nın məlumatına görə, Suriyanın Avropa İnvestisiya Bankında mövcud olan hesabları dondurulub, 18 rəsmi şəxsin adı isə “qara siyahıya” salınıb. Bununla da Avropa Birliyi ərazisinə daxil olmasına qadağa qoyulan Suriya rəsmilərinin sayı 74 nəfərə çatıb. Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri bu qərarı Suriya hökumətinin inadkar mövqedən çəkilməməsi ilə əsaslandırıblar. Bundan başqa AB xarici işlər nazirləri Suriyanın Ərəb Dövlətləri Liqasında üzvlüyünün dayandırılmasını dəstəkləyiblər. XİN rəhbərlərinin bəyanatında bildirilir ki, Suriya artıq beynəlxalq aləmdən tam təcrid olunub, beynəlxalq ictimaiyyət isə yalnız müxalifətdə olan Suriya Milli Şurası ilə danışıqların aparılmasında israrlıdır. Bununla belə AB Liviya kimi Suriyaya da hərbi müdaxilə ehtimalını istisna ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR