Devid Kemeron: «Avropa Birliyindən çıxmaq Böyük Britaniyanın maraqlarına cavab vermir»

Devid Kemeron: «Avropa Birliyindən çıxmaq Böyük Britaniyanın maraqlarına cavab vermir»
# 15 noyabr 2011 04:05 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniya avrozona ölkələrini bürümüş böhrana baxmayaraq birləşmiş Avropanı tərk etmək fikrində deyil. Bu barədə Birləşmiş Krallığın baş naziri Devid Kemeron bəyan edib.

«Böyük Britaniyanın Avropa Birliyindən çıxması onun milli maraqlarına cavab vermir. Əgər biz Avropa Birliyindən çıxsaq, onda Norveç kimi Brüsseldə Ümumi bazar ölkələri üçün hazırlanan hər bir normativ aktın subyekti olacağıq, lakin onların hazırlanmasında iştirak edə bilməyəcəyik. Bütün Avropa ölkələri arasında açıq bazarların və azad ticarətin ən fəal tərəfdarı olan Böyük Britaniya üçün belə bir ssenari qəbuledilməzdir», deyə baş nazir bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR