Polşa parlamenti yeni hökumətin tərkibini təsdiq edib

Polşa parlamenti yeni hökumətin tərkibini təsdiq edib
# 19 noyabr 2011 12:56 (UTC +04:00)
Bakı – APA. Polşa Seymi bu gün baş nazir Donald Tuskun yeni hökumətinin heyətinə etimadını rəsmən təsdiq edib.

APA-nın məlumatına görə, ötən gün Polşa prezidenti Bronislav Komorovski hökumət üzvlərinə təyinatları ilə bağlı fərmanları təqdim edib. Daha sonra baş nazir D.Tusk parlament qarşısında yeni proqramla çıxış edib. Ötən gün başlayan müzakirələr uzandığına görə, yekun qərar bu gün qəbul olunub. Səsvermədə ümumilikdə 460 millət vəkilindən 447-si iştirak edib ki, bunların 234-ü yeni hökumətin lehinə, 211-i əleyhinə səs verib, 2 nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, Polşanın yeni, koalisiyalı hökumətinin tərkibinə «Vətəndaş Platforması» Partiyası (lider – D.Tusk), Polşa Kəndli Partiyasının (lider - Valdemar Pavlyak, hazırkı baş nazirin müavini və iqtisadiyyat naziri) üzvləri, həmçinin heç bir siyasi təşkilatın üzvü olmayan 6 nazir daxildir. Ümumilikdə isə kabinet 19 nazirdən ibarətdir.

V.Pavlyakla yanaşı əvvəlki kabinetdə Ətsek Rostovski (maliyyə naziri), Radoslav Sikorski (xarici işlər naziri), Marek Savitski (kənd təsərrüfatı naziri), Boqdan Zdroevski (mədəniyyət və milli irs naziri), Tomaş Semonyak (milli müdafiə naziri), Eljbeta Benkovska (regional inkişaf naziri), Barbara Kudrıtska (elm və ali təhsil naziri) nazir vəzifəsini qoruyublar.

Bununla yanaşı, Mixal Boni inzibatçılıq və rəqəmləşdirmə naziri, Yatsek Çixotski daxili işlər naziri, İoanna Muxa idman və turizm naziri, Vladıslav Kosinyak-Kamış əmək və sosial məsələlər naziri, Yaroslav Qovin ədliyyə naziri, Mikolay Budzanovski dövlət əmlakı naziri, Kristina Şumilas təhsil naziri, Marçin Korolets ətraf mühit naziri, Slavomir Novak nəqliyyat, tikinti və su təsərrüfatı naziri, Bartoş Arlukoviç səhiyyə naziri təyin olunub.

Xatırladaq ki, oktyabrın 9-da Polşada növbəti parlament seçkiləri keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR